İsmail Serageldin: Azərbaycan özünü Şərqlə Qərb arasında mədəni və iqtisadi körpü kimi tanıdıb


Digərləri 18 Mar 2018 20:04:00 170 0

İsmail Serageldin: Azərbaycan özünü Şərqlə Qərb arasında mədəni və iqtisadi körpü kimi tanıdıb

Azərbaycan özünü Şərqlə Qərb arasında mədəni və iqtisadi körpü kimi tanıdıb.

Bakı. Əli Mustafayev - Azərbaycan öz mədəni dəyərləri, multikulturalizmə, eləcə də etnik və ya dini mənsubiyyətdən asılı olmayaraq bərabərhüquqluluğa dəstək xüsusiyyətləri ilə özünü Şərqlə Qərb arasında mədəni və iqtisadi körpü olaraq tanıdıb. Bu barədə Trend-ə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib. İ.Serageldin qeyd edib: "Biz son 10-15 il ərzində Azərbaycanın əldə etdiyi mühüm tərəqqini görməkdən şadıq. Bu, nəinki ölkənin mükəmməl inkişaf edən infrastrukturu üzrə, eləcə də iqtisadiyyatın dərhal bir neçə sektorunun həqiqətən də irimiqyaslı inkişafı üzrə nəzərə çarpır". Ölkəmizin dünya mədəniyyətinə mühüm töhfəsindən bəhs edən İsgəndəriyyə Kitabxanasının direktoru bildirib ki, Azərbaycan dünyaya xatirəsi bu gün də yad olunan bir çox böyük şəxsiyyətlər bəxş edib: "Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi deyə bilərəm ki, hələ 12-ci əsrdə bu gün də aktual olan və hətta indi də bütün dünyanın dərk edə bilmədiyi mütərəqqi ideyalar yaradan böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinin qorunub saxlanmasına görə fəxr edirəm". O əlavə edib ki, Azərbaycan paytaxtında artıq 6-cı dəfədir keçirilən Qlobal Bakı Forumu açıqlıq, əməkdaşlıq, xalqlar arasında dostluğun rəmzi olan əhəmiyyətinə görə böyük tədbirdir və bunu hər il bir çox ölkələrdən iştirakçıların, prezidentlərin və baş nazirlərin sayının artması təsdiq edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin