Elektrik dalğalarla iflicin müalicəsi
Digərləri 18 Mar 2018 19:10:00 274 0
İngiltərədə araşdırmaçılar, iflic xəstələrin beyinlərinə elektrik dalğalarının göndərilməsi nəticəsində yaxşılaşmağa başladığını söyləyir.
Oksford Universiteti tərəfindən icra edilən kiçik diametrli işin iflicdən uzun müddətdir əziyyət çəkən xəstələr üçün bir ümid işığı olduğu ifadə edildi.
Son.az deyerler.org-a istinadən bildirir ki, Naffild Klinikasının nevrologiya hissəsinin professoru Şarlot Staq, ən az altı aylıq iflic səviyyələri irəliləmiş xəstələrin hərəkət fəaliyyətlərini inkişaf etdirmək üçün elektrik dalğaları müalicəsilə sınaqlar keçirir. Bu sınaqlar barədə belə deyib: "Beynin elektrik dalğalarıyla xəbərdar edilməsində məqsədimiz beyin hüceyrələrini bir az daha isitməkdir. Məsələn, əlinizi hərəkət etdirdiyinizdə beyninizdəki hüceyrələr bir-birlərini davamlı şəkildə isidərək ünsiyyətə keçir. Beynimizdəki hüceyrələrin bu ünsiyyət modelilə yeni bacarıqları əldə edə bilərik. Bu məlumat işığında elektrik xəbərdarlığının, iflic xəstələrin hərəkət qabiliyyətlərinə yenidən qovuşa bilməsi üçün hüceyrələrə daha tez istilik təmin edəcəyini düşünürük."
Bu kiçik təcrübə iflicdən əllərini və qollarını istifadə etmək bacarıqlarını itirmiş 24 könüllü xəstə üzərində keçirilir. Xəstələr iki qrupa ayrılmışdır. Hər qrupa 9 gündəlik fizioterapiya tətbiq olunur. Lakin fizioterapiya əsnasında yalnız birinci qrup xəstələrin beyinlərinə elektrik siqnalları verilir.