Ən böyük zəlzələnin harada və nə zaman olacağı


Digərləri 18 Mar 2018 19:13:00 277 0

Ən böyük zəlzələnin harada və nə zaman olacağı

Dünyanın ən böyük zəlzələsinin vaxtı və yeri müəyyənləşib.

Zəlzələ yaxın on ildə Çilinin paytaxtı Santyaqo ətrafında baş verəcək. Daha dəqiq olaraq, paytaxtdan 100 km aralıda yerləşən Valparaiso şəhərində qeydə alınacaq. Fransa və Çili alimlərinin ümumi proqnozlarına görə, bu zəlzələ tarixin ən güclü zəlzələsi olacaq. Zəlzələnin hətta episentrdən kənarda gücü 8,3 bal olacaq və digər Cənubi Amerika ölkələrinə də təsir edəcək.

Zəlzələnin baş verməsinə səbəb, okean təbəqələrinin Cənubi Amerika suxurlarını sıxışdırıb çıxarması olacaq. Bu təzyiq hər il 8 sm artmaqdadır. Zəlzələ ərəfəsində litosfer plitələrinin sürtünməsi prosesi dayanacaq və yaranmış boşluğa okean suları dolacaq.