Fevralın ən güclü “Android” smartfonları


Digərləri 18 Mar 2018 19:15:00 247 0

Fevralın ən güclü “Android” smartfonları

Populyar "AuTuTu" bençmarkı 2018-ci ilin fevral ayı üzrə ən yüksək keyfiyyətli smartfonların reytinqini tərtib edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər ən son "Android" proqram təminatı ilə çalışan smartfonları müqayisə ediblər.

Birinci yeri daha çox bal toplayan "Huawei Mate 10" smartfonu tutub. Liderdən bir az geri qalan "Huawei Mate 10 Pro" olub. Üçüncü yerə "Huawei Honor View 10" smartfonu layiq görülüb.