Yağlı balıq yemək niyə xeyirlidir?


Digərləri 18 Mar 2018 19:16:00 320 0

Yağlı balıq yemək niyə xeyirlidir?

"The Daily Mail" qəzeti yazır ki, bolluca yağlı balıq yemək qəfil ölüm riskini 30 faiz azalda bilər.

Məqalədə deyilir ki, 2500 nəfər yaşlı adam arasında aparılmış müşahidə orqanizmində omega-3 yağı olanların növbəti 7 il ərzində ölüm riskinin 34 faiz daha az olduğunu göstərib.

Bu adamlarda infarkt və ya beynə qan sızması riski də 39 faiz azalmış olur.

Məqaladə deyilir ki, qızıl balıq və siyənək balığı kimi yağlı dəniz qidalarında olan yağlı turşular sağlamlığın rəhnidir.

Omega-3 bundan əvvəl əsasən uzunömürlü insanların orqanizmində daha çox aşkar edilib.