Taekvondoçularımız Ukraynada 3 medal qazanıb


İdman 18 Mar 2018 19:20:00 257 0

Taekvondoçularımız Ukraynada 3 medal qazanıb

Ukraynanın Xarkov şəhərində G1 kateqoriyalı turnirdə ölkəmizin taekvondoçuları da iştirak edir. Goal.az xəbər verir ki, böyüklərdən ibarət millimiz bu yarışda 15 kişi və 8 qadın idmançı ilə təmsil olunur. Komandamızın üç üzvü artıq medala sahib olub. İlk yarış günü 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov turnirin qalibi olub. Məcid Sofiyev (54 kq) və Şəms Həsənova (62 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medal qazanıblar. Yığmamız yarışa baş məşqçi Reza Mehmandoust, qadınlardan ibarət millinin baş məşqçisi Elmur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə qatılıb.