Seneqallı futbolçu İtaliyadan deportasiya olunub


İdman 18 Mar 2018 18:52:00 251 0

Seneqallı futbolçu İtaliyadan deportasiya olunub

"Verona"nın sabiq futbolçusu Mame Fili Sall terror aktına cəhd etməkdə ittiham olunub. Goal.az xəbər verir ki, 2016-cı ildən bəri klubsuz olan 21 yaşlı yarımmüdafiəçi yaşadığı Viçenza şəhərindən Seneqala yola salınıb. Sall bir müddət izlənilib və onun fişəng, kimyəvi maddələr aldığı ortaya çıxıb. O, bir dəfə zərgərlik mağazasını qarət etməyə cəhd göstərmişdi. Seneqallı havbek 2014-15-ci ildə "Verona"nın əvəzedici komandasında çıxış edib.