Gəncədə avtomobil 2 azyaşlını vurdu
Digərləri 18 Mar 2018 18:48:24 249 0
Bu gün Gəncədə iki azyaşlını maşın vurub.
Son.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Məhrasa bağı yaşayış massivində baş verib.
Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili yolu keçmək istəyən 10-12 yaşlarında iki azyaşlını vurub.
Azyaşlılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə: milli.az