Pol Poqba üçün yeni klub axtarılır


İdman 18 Mar 2018 17:32:00 298 0

Pol Poqba üçün yeni klub axtarılır

Pol Poqba yenə də "Manchester United"də gözləniləni verə bilmir. Media və azarkeşlərin təzyiqinə məruz qalan fransalı yarımmüdafiəçi isə potensialını açmaqda çətinlik çəkir. Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onun agenti Mino Rayola artıq yeni klub axtarışına başlayıb. Poqbaya görə sərfəli təklif gəlsə, "qırmızı şeytanlar"ın onu nəzərdən keçirməsi istisna olunmur. Belə ki, son vaxtlar Mourinyo da gənc futbolçunun xidmətlərindən intensiv formada istifadə etmir. Eyni zamanda Kriştianu Ronaldonun Poqbanı "Real"da görmək istədiyi barədə söz-söhbətlər də gəzir.