Qocalar Evində Novruz bayramı şənliyi keçirilib FOTO


Digərləri 18 Mar 2018 17:14:00 396 0

Qocalar Evində Novruz bayramı şənliyi keçirilib  FOTO

Bu gün Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (Qocalar Evində) Novruz bayramı münasibətilə tədbir keçirilib.

Son.az-ın APA-ya istinadən məlumatına görə, xeyriyyə aksiyasının təşkilatçıları mütəmadi olaraq belə aksiyalar keçirməklə gənclərimizi daim yaşlılara, kimsəsizlərə yardıma, köməyə, dəstək verməyə  dəvət edən, o cümlədən Qocalar Evində dövlətin diqqət və qayğısı ilə əhatə olunan ahıl və ağbirçəklərə tək olmadıqlarını hiss etdirən çoxsaylı sosial və humanist layihələrin müəllifi olan Murad Qulubəyli, Cəmilə Hüseynova, Cəlil Xuduyev və digər gənc fəallardır.

Tədbirdə çıxış edən pansionatın direktoru Qətibə Əsədova yaşlı insanları təbrik edib. Pansionatın sakinləri onlara göstərilən dövlət qayğısından, xeyirxah gənclərin bu aksiyasından, diqqətindən razılıqlarını bildiriblər.


Xəbərə aid fotolar