Sloveniya gimnastı: Bakı azarkeşlərinin xarici idmançıları da dəstəkləməsi çox xoşuma gəlir


Digərləri 18 Mar 2018 15:15:39 244 0

Sloveniya gimnastı: Bakı azarkeşlərinin xarici idmançıları da dəstəkləməsi çox xoşuma gəlir

Bakı azarkeşlərinin nəinki yerli, eləcə də xarici idmançıları dəstəkləməsi çox xoşuma gəlir.

Bakı. Ənvər Məmmədov - Bakı azarkeşlərinin nəinki yerli, eləcə də xarici idmançıları dəstəkləməsi çox xoşuma gəlir. Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekununda bürünc medal qazanan sloveniyalı gimnast Rok Klavora deyib. O, həmçinin turnirin möhtəşəm təşkilatçılığına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib: "Bakıda yarışlar həmişə əla keçir. Mən burada artıq 2016-cı ildə çıxış etmişəm və Azərbaycandakı turnirlərə yenə də qoşulmaq istərdim. Azərbaycan Gimnastika Federasiyasına belə möhtəşəm təcrübəyə və hər il yarışları daha yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürümü bildirirəm".