"Bizim qrupun ən yaxşısı Kosovo millisidir"


İdman 18 Mar 2018 15:07:00 354 0

"Bizim qrupun ən yaxşısı Kosovo millisidir"

Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Maltanın baş məşqçisi Tom Saintfit turniri komandası üçün önəmli hesab edir. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

Millətlər Liqası bizim üçün də mühüm əhəmiyyət daşıyır. Çoxları San-Marino və Cəbəllütariqlə eyni qrupa düşmək istəyirdi. Amma bunu dilə gətirmək həmin komandalara qarşı hörmətsizlik olardı. Bizim qrupun ən yaxşısı Kosovo millisidir. Azərbaycan millisində "Qarabağ"ın çoxlu futbolçusu oynayır. Bu klub isə Çempionlar Liqasının qrupunda iştirak edib, yəni onların təcrübəsi var. Bir sözlə, çətin qrupda yer almışıq. Düzdür, Malta son 50 ildə seçmə mərhələdə cəmi 5 oyunda qalib gəlib. Buna baxmayaraq, qrupda heç olmasa 2 qələbə, 1 heç-heçəyə imza atacağımıza ümid edirəm. İkinci və ya üçüncü ola bilərik. Qrup sonuncusu olmaq istəmirik".

Millətlər Liqasında sentyabrın 7-də Farer adalarının qonağı olacaq Malta 3 gündən sonra millimizi qəbul edəcək.