Meksikalı futbolçu xərçəngdən dünyasını dəyişib


İdman 18 Mar 2018 14:30:00 264 0

Meksikalı futbolçu xərçəngdən dünyasını dəyişib

Meksikalı hücumçu Ezekiel Orosko 29 yaşında dünyasını dəyişib. Goal.az xəbər verir ki, futbolçu 2016-cı ildən bəri mübarizə apardığı ağciyər xərçənginə təslim olub. O, karyerası ərzində ölkəsinin "Nexaca", "Chiapas" və s. klublarında forma geyinib. Meksika Liqası rəsmi tvitter səhifəsindən Oroskoun vəfatı ilə bağlı açıqlama yayımlayıb.

Hücumçu son dəfə 2016-cı ilin noyabrında meydana çıxmışdı. Həmin vaxtdan Ezekiel xəstəliyin müalicəsinə görə karyerasını dondurmuşdu.