Rusiyada prezident seçkiləri


Dünya 18 Mar 2018 13:35:00 250 0

Rusiyada prezident seçkiləri

"Mənə prezident vəzifəsini yerinə yetirmək hüququ verən istənilən səs faizini müvəffəqiyyət hesab edirəm".

Son.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısı Vladimir Putin prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

2018 prezident kampaniyası zamanı federal seçkilərdə ilk dəfə yeni səsvermə mexanizmi vətəndaşların faktiki olduğu yer üzrə tətbiq olunur. Olduğu yer üzrə 5,5 milyondan çox rusiyalı səs verəcək.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.