Moskvada 1 milyon dollara yaxın oğurluq edən 2 Azərbaycan vətəndaşı tutuldu
Kriminal 18 Mar 2018 13:27:40 233 0
Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.
Report-un məlumatına görə, TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, bunlar Azərbaycan vətəndaşlarıdırlar.
"Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır", - deyə həmsöhbət əlavə edib.
Mənbə: milli.az