Azərbaycanın regional sabitliyin qorunmasındakı rolu yüksək qiymətləndirilir


Digərləri 18 Mar 2018 13:17:57 272 0

Azərbaycanın regional sabitliyin qorunmasındakı rolu yüksək qiymətləndirilir

Azərbaycan tərəfinin müntəzəm olaraq irəli sürdüyü təşəbbüslər, həmin təşəbbüslərin reallaşdırılması məqsədilə atdığı addımlar həm regional, həm də beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İstər siyasi, istər, iqtisadi, istərsə də humanitar səhələri əhatə edən bu təşəbbüslər dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir. Bu təşkilatlar sırasında BMT-nin, ATƏT-in, NATO-nun Azərbaycanla bağlı mövqelərini, Bakının dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələrin yüksək qiymətləndirilməsini aydın şəkildə görmək mümkündür. Məsələn, Azərbaycan uzun illərdir ki NATO-nun sülhyaratma missiyasının tərkibində layiqli yer tutaraq dünyanın münaqişəli bölgələrində, xüsusilə Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasında yaxından iştirak edir. Müntəzəm olaraq Azərbaycanın sülhməramlı qüvvələrinin Hərbi Alyansın tərkibində bu şərəfli missiyanı layiqncə yerinə yetirməsi bir tərəfdən ölkəmizin büynəlxalq sülh, təhlükəsizliyin təmin olunmasına qatqısıdırsa, digər tərəfdən Azərbaycanın həmin qurumla yaxından əməkdaşlığının əyani sübutudur. Təsadüfi deyil ki, elə bir müddət əvvəl Azərbaycan rəhbərliyinin Brüsseldə, NATO-nun mənzil qərargahında keçirdiyi görüşdə də də bu fikir öz təsdiqini tapdı. Hərbi Alyans rəhbərliyi Azərbaycanın bu istiqamətdəki fəaliyyətini. Oynadığı rolu yüksək dəyərləndirdi. Həmçinin keçən ilin may ayında Respublika Günü münasibətilə Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Azərbaycan rəhbərliyinə göndərmiş olduğu təbrik məktubunda da ölkəmizin regional və beynəlxalq miqyasda sülh və təhlükəsizliyin təmin olunmasındakı rolu xüsusi qeyd edilirdi.

Eləcə də bu günlərdə ATƏT tərəfindən eyni mövqe ortaya qoyularaq Azərbaycanın regional sabitliyə töhfə verdiyi müsbət hal kimi dəyərləndirildi. Məsələ ondan ibarətdir ki, Azərbaycanın regional sülhə verdiyi töhfə yalnız hansısa sülhməramlı missiyaların tərkibindəki uğurlu və davamlı xarakter daşıyan fəaliyyətlə kifayətlənmir. Paralel olaraq Azərbaycanın evsahibliyi etdiyi bir neçə beynəlxalq əhəmiyyətli görüşlər, toplantılar da bu baxımdan əhəmiyyətli hesab edilir. Bunun əyani sübutu kimi son illərdə bir neçə dəfə Bakıda keçirilən Amerika-Rusiya yüksəksəviyyəli hərbi məsləhətləşmələri göstərə bilərik. Yaxud bir müddət əvvəl Bakida baş tutan Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin görüşü də həm regional həm də beynəlxalq sabitliyə müsbət təsir göstərə biləcək addımlardan idi. Azərbaycan, Türkiyə və Pakistan xarici siyasət idarəsi rəhbərlərinin Bakı görüşü keçirilən ərəfədə Hindistanın xarici işlər nazirinin də Azərbaycana səfər etməsi təsadüfi sayıla bilməzdi. Bu səfər isə ondan xəbər verirdi ki, uzun illərin problemi olan Pakistan-Hindisatan problemini də həll etmək üçün hansısa təşəbbüslərlə çıxış edə bilər.

Və ya elə bu günlərdə Bakıda baş tutan daha bir görüşü, Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin toplantısını da ATƏT-in təbirincə desək Azərbaycanın regional təhlükəsizliyə töhfəsi kimi xarakterizə edə bilərik. Məlumdur ki, Türkiyənin Afrin bölgəsində PKKK/PYD/YPĞ-ya qarşı apardığı əməliyyat İranda da müəyyən narahatçılıq yaratmışdı və hətta Tehran Ankaradan hərbi əməliyyatları danayndırmağı da tələb edirdi. Və Türkiyənin haqlı olaraq bu tələbə əməl etməməsi Tehranda Ankaraya qarşı soyuq münasibətin yaranmasına səbəb olmuşdu. İndiki halda isə Bakıda İranın da iştirakı ilə dördtərəfli formatda görüşün keçirilməsi Ankara ilə Tehran arasında münasibətlərin qismən də olsa nizama salınmasına xidmət edə bilər. Elə bu amilin özü də ölkəmizin regional sülhə və təhlükəsizliyi verdiyi töhfənin göstəricisidir.