Ufuk Budak Almaniyaya yollanıb


İdman 18 Mar 2018 10:45:00 307 0

Ufuk Budak Almaniyaya yollanıb

Azərbaycan milli komandasının və "Samsunspor" klubunun futbolçusu Ufuk Budak zədəsini Türkiyədən kənarda müalicə etdirəcək. Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu məqsədlə Almaniyaya yollanıb. O, həkim və fizioterapevt müayinəsindən keçəcək. Ufuk növbəti həftə Samsuna qayıdaraq məşqlərini bərpa edəcək. O, zədəli olduğu üçün Azərbaycan millisinin Belarus və Makedoniyaya qarşı yoldaşlıq görüşlərinə də çağırılmayıb.