"Deportivo"nun sabiq prezidenti ürək əməliyyatı keçirib


İdman 18 Mar 2018 12:30:00 278 0

"Deportivo"nun sabiq prezidenti ürək əməliyyatı keçirib

"Deportivo"nun sabiq prezidenti Auqusto Sezar Lendoironun səhhətində problemlər yaranıb. Goal.az xəbər verir ki, 72 yaşlı funskioner martın 16-da xəstəxanada ürəyindən əməliyyat olunub. Əməliyyat 3 saat davam edib. Onun vəziyyətində kiçik yaxşılaşma olsa da, həyati təhlükə hələlik sovuşmayıb. Klub Lendoiroya dəstək mesajı yayımlayıb.

Auqusto 1988-2014-cü illərdə "Deportivo"nun prezidenti olub. La Korunya təmsilçisi onun rəhbərliyi altında ən uğurlu dönəmlərindən birini yaşayıb.