"Tottenham"dən 36 ildən sonra bir ilk


İdman 18 Mar 2018 11:47:00 304 0

"Tottenham"dən 36 ildən sonra bir ilk

İngiltərə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Çempionlar Liqasında mübarizəni dayandıran "Tottenham" səfərdə "Swansea City"ni 3 cavabsız qolla məğlub edərək kubokda mərhələ adlayıb. Goal.az xəbər verir ki, "mahmızlar" son 36 ildə bir ilkə imza atıb. London klubu arıdıcl 2-ci mövsüm İngiltərə kubokunun yarımfinalına vəsiqə qazanıb. Sonuncu dəfə 1981 və 1982-ci illərdə buna nail olan "Tottenham" hər iki halda titula sahib çıxmışdı.

Maurisio Poçettinonun komandası ötən mövsüm yarımfinalda "Chelsea"yə uduzaraq (2:4) mübarizəni dayandırmışdı.