Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib


Dünya 18 Mar 2018 11:06:53 345 0

Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib

Şəhər PKK/YPG terrorçularından təmizlənib

Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, müxalifət qüvvələrinin yaratdığı "Azad Suriya Ordusu" birləşmələri bu gün səhər saatlarından cənub-şərqdən Afrinin mərkəzinə daxil olmağa başlayıblar və son məlumatlara görə, şəhərə nəzarət artıq tam olaraq ələ keçirilib.

Bu, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" anti-terror əməliyyatı çərçivəsində baş tutub. Şəhər PKK/YPG terrorçularından təmizlənib.