Filippində oteldə yanğın baş verib, 4 nəfər ölüb


Dünya 18 Mar 2018 11:04:10 315 0

Filippində oteldə yanğın baş verib, 4 nəfər ölüb

Daha 6 nəfər hadisə nəticəsində xəsarət alıb

Filippinin paytaxtı Manilada oteldə baş verən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə "Rappler" nəşri yazıb.

Bildirilir ki, daha 6 nəfər hadisə nəticəsində xəsarət alıb.

Əldə edilən məlumata görə, yanğın binanın təmir işləri aparılan ikinci mərtəbəsində başlayıb.

Qatı tüstü bütün əraziyə yayılıb. Nəticədə yaxın yolların bağlanması qərara alınıb.