Araz Abdullayev bir neçə dəqiqə meydanda oldu, komandası qalib gəldi


İdman 18 Mar 2018 11:02:00 315 0

Araz Abdullayev bir neçə dəqiqə meydanda oldu, komandası qalib gəldi

Kipr çempionatında 29-cu turun oyunları keçirilir.  Millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu “Anorthosis” səfərdə AEL Limassol`la qarşılaşıb. Goal.az xəbər verir ki, Abdulayevin komandası 2:0 hesabıyla qələbə qazanıb. Oyuna ehtiyat oyunçular skamyasına başlayan Abdullayev 89-cu dəqiqədə Mixal Durişin əvəzinə meydana daxil olub. Hazırda Famaqusta təmsilçisinin aktivində 60 xal var.  "Anorthosis" liderlər “Apollon” və APOEL-dən 7 xal geri qalır.