Şahzadə Harri nikah müqaviləsini imzalamaqdan imtina etdi FOTO


Digərləri 18 Mar 2018 10:52:43 302 0

Şahzadə Harri nikah müqaviləsini imzalamaqdan imtina etdi  FOTO

Britaniya şahzadəsi Harri amerikalı aktrisa Megan Markl ilə evlənməkdən əvvəl nikah müqaviləsini imzalamaqdan imtina edib.

Report xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən "Daily Mail" yazıb.

"Nikah müqaviləsi imzalamaq məsələsi heç vaxt Harrinin ağlında olmayıb", - deyə həmsöhbət agentliyə bildirib.

KİV-in məlumatına görə, şahzadənin sərvəti 30 milyon funt sterlinqdir. Amma mənbəyə görə, o, nikah müqaviləsini evliliyinin uzun sürəcəyinə əmin olması səbəbindən imzalamaqdan imtina edib.


Xəbərə aid fotolar