Bu gün 37 minə yaxın şagird buraxılış imtahanı verəcək


Sosial 18 Mar 2018 09:36:44 287 0

Bu gün 37 minə yaxın şagird buraxılış imtahanı verəcək

İmtahanın keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir.

“Report” xəbər verir ki, imtahan saat 11:00-da başlayacaq.

İmtahanın keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 (Şəmkirdə 2467, Gədəbəydə 837, Ağstafada 944, Qazaxda 1015, Tovuzda 1952, Mingəçevirdə 1302, Balakəndə 881, Zaqatalada 1232, Qaxda 610, Yardımlıda 589, Cəlilabadda 2338, Masallıda 2138, Lerikdə 598, Göyçayda 1335, Ağdaşda 1257, Ucarda 927, İsmayıllıda 981, Qobustanda 377, Ağcabədidə 1815, Xocavənddə 56, Füzulidə 813, Beyləqanda 1047, Salyanda 1419, Neftçalada 821, Hacıqabulda 715, Qusarda 1041, Qubada 1953, Siyəzəndə 469, Xızıda 164, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 729) şagirdin iştirakı nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 (Bakıda 1499, Gəncədə 300, Şəmkirdə 77, Gədəbəydə 73, Qazaxda 55, Tovuzda 55, Sumqayıtda 428, Şamaxıda 61, Qaxda 84, Bərdədə 132, Göyçayda 70, Kürdəmirdə 76, Zərdabda 60, Şirvanda 153, Sabirabadda 61, Biləsuvarda 66, Salyanda 72, Saatlıda 78, Lənkəran 56, Cəlilabadda 117, Qubada 77, Qusarda 39, Xaçmazda 102 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi‑müəllim ayrılıb.