Mərakeşdə iki yük maşını toqquşdu:


Dünya 18 Mar 2018 09:25:36 236 0

Mərakeşdə iki yük maşını toqquşdu:

Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.