Bu gün 36.613 şagird imtahan verəcək


Digərləri 18 Mar 2018 09:18:33 261 0

Bu gün 36.613 şagird imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir.

Son.az-ın məlumatına görə, ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayacaq.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;