Deputat: "Qlobal Bakı Forumu dünyanın siyasiictimai elitasını birləşdirən diskussiya və dialoq məkanıdır"


Siyasət 18 Mar 2018 09:06:33 334 0

Deputat: "Qlobal Bakı Forumu dünyanın siyasiictimai elitasını birləşdirən diskussiya və dialoq məkanıdır"

Bu gün Azərbaycan qlobal problemlərin müzakirə edildiyi, onların həlli yollarının müəyyənləşdirildiyi, eyni zamanda dünya cəmiyyətləri üçün birgəyaşayış, dini, irqi və siyasi dözümlülük modelinin təqdim olunduğu humanitar dialoq mərkəzinə çevrilib.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan geostrateji mövqeyi və dinamik inkişafı ilə sivilizasiyalararası dialoqun qurulması üçün qlobal tədbirlərə uğurla ev sahibliyi edir: "Bilirsiniz ki, Azərbaycanda 6-cı ildir Qlobal Bakı Forumu keçirilir. Hər bir forumda isə dünyanı düşündürən qlobal problemlərin həlli yollarının tapılmasının mütləq xarakter daşıdığı məsələlər müzakirə edilir, çağırışlar olur. Qlobal Bakı Forumunda dünyanın bir çox dövlətlərindən siyasətçilər, diplomatlar iştirak edir. Bu baxımdan da Qlobal Bakı Forumunu dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanı adlandırırlar".

Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyini, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığını deyən S.Vəliyeva əlavə edib ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan beynəlxalq platformaya çevrilib.