Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoyub


Digərləri 18 Mar 2018 09:00:00 266 0

Avstraliyada meşə yanğınları 6 mindən çox sakini işıqsız qoyub

Avstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb

Bakı. Avstraliyanın Viktoriya ştatında meşə yanğınları səbəbindən 6 mindən çox insan işıqsız qalıb. Trend-in məlumatına görə, ilk yanğın Uornambul şəhərində başlayıb. Daha sonra yanğın iki əraziyə yayılıb. Küləyin istiqamətinin dəyişməsi səbəbindən yanğın şərq istiqamətində hərəkət edir. Yanğının ən möhkəm olduğu an ştatın 40-dan çox şəhərində evakuasiya elan edilmişdi, lakin hazırda evakuasiya yalnız 3 şəhərdə elan edilib.