Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək


Digərləri 18 Mar 2018 08:15:58 181 0

Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir

Bakı. Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirir. Trend-in məlumatına görə, ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlayacaq. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;