Bu gündən seçicilərə səsvermə vəsiqəsinin verilməsi başlayır
Digərləri 18 Mar 2018 08:00:00 210 0
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.
Bakı. Elçin Mehdiyev –
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi başlayır.
Trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi martın 18-dən başlayır və aprelin 8-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az