Dəməşqin məhəllələri raket atəşinə tutulub, 10 dinc sakin ölüb


Dünya 18 Mar 2018 01:52:15 370 0

Dəməşqin məhəllələri raket atəşinə tutulub, 10 dinc sakin ölüb

Paytaxt ətrafında dağıntılar da var

Terrorçuların sutka ərzində Abbasin məhəlləsini raket atəşinə tutması nəticəsində 10 Dəməşq sakini ölüb.

“Report” xəbər verir ki, bunu Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəisi general-mayor Yuri Yevtuşenko deyib.

"Yaraqlılar Dəməşqin yaşayış məhəllələri və ətraf qəsəbələrini atəşə tutmaqda davam edirlər. Ötən sutka ərzində paytaxtın Abbasin məhəlləsi raket atəşinə məruz qalıb. Atəş zamanı 10 dinc sakin ölüb, dağıntılar da var", - deyə Yevtuşenko bildirib.