Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib


Dünya 18 Mar 2018 00:11:21 239 0

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir

Rusiyada prezident seçkiləri üzrə səsverməyə start verilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələri ilk olaraq Çukot Muxtar Dairəsi və Kamçatka diyarında açılıb.

Səsvermə yerli vaxtla 8:00-dan 20:00-dək keçirilir.

Ümumilikdə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir.

Səsvermə prosedurunu dünyanın 109 ölkəsindən təqribən 1500 beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezidenti postuna 8 namizəd iddia edir.