Parisdə Novruz bayramı qeyd olunub FOTO


Digərləri 17 Mar 2018 23:51:00 351 0

Parisdə Novruz bayramı qeyd olunub  FOTO

Qonaqlar milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar

Fransanın paytaxtı Paris şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Son.az "Report"a istinadən bildirir ki,Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə dünya şöhrətli aktyor Robert Hossein, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanan digər şəxslər iştirak ediblər.

Tədbir zamanı qonaqlara Novruz bayramının qədim tarixi haqqında məlumat verilib, "Novruz"un həmrəylik, qardaşlıq, dostluq bayramı olduğu diqqətə çatdırılıb və Novruz ənənələri barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar daha sonra milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar.


Xəbərə aid fotolar