Uşaqlar niyə torpaq yeyir?


Digərləri 17 Mar 2018 23:50:00 284 0

Uşaqlar niyə torpaq yeyir?

Anaların çoxu körpənin 6-24 aylığında topaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar. Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal adətən parazitlərin yaranmasına gətirib çıxarır. 

Son.az narinc.az-a istinadən bildirir ki, ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır: