2,5 milyon dollara saat satılır FOTO


Digərləri 17 Mar 2018 23:32:00 321 0

2,5 milyon dollara saat satılır  FOTO

İsveçrədə 18 karatlıq ağ qızıldan yeganə nüsxədə hazırlanan "Rolex Cosmograph Daytona" saatı 2,5 milyon dollara "Bacs & Russo" hərracına çıxarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1970-ci ildə alman satıcı tərəfindən varlı müştəri üçün sifariş edilən unikal saatın satışı mayın 12-də Cenevrədə baş tutacaq. Saat xeyriyyəçilik məqsədi ilə hərraca qoyulub. Onun satışından əldə olunan bütün vəsait köməksiz və diqqətdən kənar qalan uşaqlara və onların ailələrinə yardım edən "Children Action" təşkilatının fonduna köçürüləcək.

"The Unicorn" adlandırılan nadir əşya mütəxəssis Con Qoldberq tərəfindən səkkiz il əvvəl kolleksiyaların birində aşkarlanıb. Bu tapıntı həmin saatı tarix üçün itirilmiş hesab edən ekspertləri heyrətə gətirib.


Xəbərə aid fotolar