Ağ ciyərləri təmizləyən 4 qida


Digərləri 17 Mar 2018 23:25:00 465 0

Ağ ciyərləri təmizləyən 4 qida

Siqaret çəkənlər mütləq oxumalıdırlar! Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Siqaret çəkən adamların ilk növbədə ağ ciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağ ciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağ ciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur. Ağ ciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina eləmək kifayətdir.

Son.az immunitet.az-a istinadən bildirir ki, siqareti ata bilməyənlər üçün isə yaxşı xəbər var. Belə ki, ağ ciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir. Ağ ciyərləri necə təmizləmək lazımdır? Ağ ciyər zədələnmələrindən yanlız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağ ciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və kirli havadan da zədələnir. Buna görə də məqaləni diqqətlə oxuyub bu qidalardan istifadə etmək lazımdır.

1 Qreypfurt Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağ ciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.

2 Sarımsaq Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.