Nobel mükafatından son anda məhrum edilən


Digərləri 17 Mar 2018 23:19:00 254 0

Nobel mükafatından son anda məhrum edilən

Nobel mükafatı bütün alimlərin arzusunda olduğu bir zirvədir. Elmin cəmi bir neçə sahəsindəki uğurlara görə təqdim olunmasına baxmayaraq, Nobel bütün alimlər üçün əsas dəyərə çevrilib.

Lakin mükafatın bəzən, siyasi və başqa rəngli don geydiyi vaxtlar da olub. Bu səbəbdən, ona həqiqətən haqqın çatan alimlər mükafatı ən son anda itiriblər. Onların arasında azərbaycanlılar da olub.

Son.az azedu.az-a istinadən Nobel mükafatından son anda məhrum olunan, Azərbaycan alimlərini təqdim edir:

Əvvəlcə, tibb sahəsində uğur qazanmasına baxmayaraq, Nobel mükafatı əllərindən çıxan iki alim haqqında məlumat verək:

Mustafa Topçubaşov - "Analgezin"in yaradıcısı kimi böyük tibb alimi, professor  Mustafa Topçubaşovun adı Nobel Komitəsində tanınırdı. Lakin özü bu haqda 25 il sonra eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi məktub gəlir. Nobel Komitəsi alimə müraciət edərək özü haqqındakı bütün məlumatları komitəyə çatdırmasını yazırdı. Topçubaşov da özü haqqında sənədləri toplayaraq komitəyə göndərir. Lakin bu dəfə bədxahların siyasəti öz işini görür. Ona görə də Nobel mükafatını Topçubaşova vermirlər. O, bu mükafatı köməkçisi olan cərrah Qəhrəman Qəhrəmanovla birgə almalı idi. Topçubaşovun bu mükafatı almasına ermənilər mane olur. O zaman SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni çalışırmış. Həmçinin onlar Nobel Komitəsinə də yol tapıblar. Burada siyasi məsələlər vardı. Amma Topçubaşov siyasətdən uzaq adam idi. Bəlkə onun üçün heç mükafatın da əhəmiyyəti yox idi. Müalicə edib həyata qaytardığı xəstələrin təşəkkürü onun üçün ən böyük mükafat idi.

Qəhrəman Qəhrəmanov:  Yuxarıda da adını çəkdiyimiz alim Azərbaycan neyrofizika və neyrokimya məktəbinin yaradıcısı hesab olunur.  Elə bu istiqamətləri dərindən araşdırmaq üçün laboratoriya quran Qəhrəmanov onları dünya standartlarına cavab verəcək   hala gətirir. Dünyanın bir çox ölkələrindən Nobel mükafatına layiq görülən alimlər bu laboratoriyada olan zaman heyrətə gəlirlər. Oranı İsveç Kral Akademiyasının Tibb İnstitutu ilə müqayisə edirlər.

Qəhrəman Qəhrəmanovun tibb elmindəki kəşfləri:

- Sinir lifləri arasında efpatik ötürməninin tədqiqi;

- Böyrək ifrazat funksiyasının öyrənilməsinin yeni   üsulu;