Artıq çəki yaradan


Digərləri 17 Mar 2018 23:20:00 250 1

Artıq çəki yaradan

Həkim-dietoloq Pərvin Sadıqzadə çəki artımının qarşısını almağın sirlərini eksklüziv olaraq açıqlayıb.

Beləliklə, artıq çəki yaradan 8 əsas səbəb hansılardır?

1. Az yatmaq Son.az hekimtap.az-a istinadən bildirir ki, yuxu azlığı nəticəsində melatonin, serotonin və dofamin hormonlarının balansı pozulur. İş ondadır ki, insan az yatdıqda leptin və qrelin hormonlarının ifrazı pozulur. Bu hormonlar isə müvafiq olaraq, toxluq və aclıq hisslərini tənzimləyir. Az yatmaq sistemli xarakter aldıqda leptinin  səviyyəsi aşağı düşür, qrelinin səviyyəsi isə artır. Bu zaman güclü aclıq hissi müşahidə olunur və beləliklə, insanlar əksər hallarda normadan artıq qida qəbul edirlər. Əgər siz saat 23.00-dan gec yatırsınızsa, orqanizminizi piyyandırıcı hormonlarsız qoymuş olursunuz.     

2. Sarsıntı (Stress) Çəki artımının ikinci səbəbi sarsıntıdır. Bu prosesdə iştirak edən  hormonlar leptin, insulin və kortizoldur. Bu haqda növbəti materialda daha ətraflı danışacağıq. Yorğunluq, əsəbilik və sarsıntı, yəni xoşbəxtlik hormonunun çatışmazlığı artıq çəki yaradan əsas amillərdəndir.

3. Orqanizmdə bəzi maddələrin çatışmazlığı. Məsələn, mikroelementlər və xüsusilə vitamin D-nin çatışmazlığı. D vitamini insan orqanizmi üçün əvəzolunmaz elementdir. Bu vitaminin çatışmazlığı artıq çəki yaratmaqla yanaşı, bir çox başqa xəstəliklərə (zökəm, yüksək qan təzyiqi, xərçəng və.s) belə yol aça bilər. D vitamini qıtlığından əziyyət çəkməmək üçün rasionunuza süd məhsulları, yumurta və treska balığının ciyərini əlavə etmək tövsiyyə olunur.

4. Südün tərkibindəki zülala qarşı olan həssaslıq Bəzi insanların orqanizmi kazeini qəbul etmir. Bunun nəticəsi kimi təkcə allergiya deyil, həm də mayenin orqanizmdə saxlanılmasına meyillilik müşahidə olunur. Əhalinin demək olar ki, 8-12 %-i bundan əziyyət çəkir.