Oxumayın, burada özünüzü tapa bilərsiniz!


Digərləri 17 Mar 2018 22:55:00 375 0

Oxumayın, burada özünüzü tapa bilərsiniz!

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, incikliklərin... Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə...

Hər insanın ağlından keçər bir gün xəyanət etmək ən çox sevdiyinə. Ən çox can yandırdığına, ən çox əmək verdiyinə... Dəyərsiz olduğunu gördüyü o an hər kəs bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...

Son.az dushunce.az-a istinadən bildirir ki, yalan danışar hər kəs bir gün çox inandığına, ən çox etibar etdiyinə... Ən böyük zərbəni aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...

İnsan psixologiyasında, insan şüuraltısında təhrikedici qüvvələr daim mövcuddur. Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr, incinmiş duyğular, tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür-dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün... Gücsüz düşdüyün anda bütün orqanlar və duyğular ayağa qalxır. Üsyan edir... Onları məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadirdir insan. Ən ağılasığmaz hərəkətləri, ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, "hər dərdi içinizə atarsanız, gün gələr yerinizdən qalxa bilməzsiniz"... Daş kimi yığılarlar içinə aqressiyaların, qırğınlıqların, göz yaşların... İllərlə içinə atıb qalaq etdiyin dərdlərin səni daşlamağa başlayar.

Zərbələr kəskin. Zərbələr  ağır, zərbələr ağrıverici. Bu ağrını çəkə-çəkə xəyanət də edər insan, yalan da söyləyər, içki də içər, hətta intihar da edər!

Duyğuları, fikirləri şahə qalxmış insan hər şeyə qadirdir! Hətta öldürməyə də.