Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq FOTO


Digərləri 17 Mar 2018 21:21:00 264 0

Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq  FOTO

Aprelin 15-də Heydər Əliyev Sarayında Azərbaycanın "Ələddin" adlı ilk uşaq müziklinin premyerası olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, müziklin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda - Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, tanınmış estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Hüseyn Abdullayev və başqa aktyor və müğənnilər çıxış edəcəklər.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.

Azərbaycanın tarixində ilk uşaq müzikli ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək.


Xəbərə aid foto