Yaddaş hansı travmalardan sonra silinə bilər?


Digərləri 17 Mar 2018 21:10:00 275 0

Yaddaş hansı travmalardan sonra silinə bilər?

"2 yaşa kimi uşaqlarda daha çox olur"

Keçmişin unudulması bəzən travmatik, bəzən isə psixoloji xəstəliklərdən sonra baş verir. Kinolarda daha çox gördüyümüz travma nəticəsində hadisələrin xatırlanmaması tibb dilində  amneziya adlanır. 

Son.az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən neyro-cərrah Rövşən Bağırov amneziyanın tam və hissəvi olaraq iki yerə ayrıldığını bildirib. Onun sözlərinə görə, hissəvi amneziya zamanı yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanılır:

"Lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Yaddaşın hansı mərhələsinin itirilməsindən asılı olaraq retroqrad, retroanteqrad, anteqrad və retard formaları ayırd edilir.

Retroqrad amneziya - xəstəlikdən və ya travmadan əvvəlki xatirələrin unudulması ilə xarakterizə olunur. Anteqrad amneziyada huşsuz vəziyyətdən ayılandan sonra hadisələrin unudulması baş verir. Retroanteqrad forma isə bunların kombinasiyası şəklində təzahür edir. Retard amneziyada xatirələr, huşun itirilməsindən dərhal sonra deyil, müəyyən zaman keçəndən sonra itirilir".

Mütəxəssis ən çox amneziyanın Retroqrad forması ilə qarşılaşdıqlarını qeyd edib.