Bakıda yarmarkalar işə başladı


Digərləri 17 Mar 2018 21:12:00 251 0

Bakıda yarmarkalar işə başladı

Kənd Təsərrüfatı Nazirliyi bayram günlərində bazarlarda süni qiymət artımına yol verilməməsi üçün alternativ satış mərkəzləri - yarmarkalar təşkil edib. Bu gündən həmin yarmarkalar fəaliyyətə başlayıb. Yarmarkalarda bütün növ məhsullar satışa çıxarılıb. Məhsulların qiymətini isə indi təqdim edəcəyimiz süjetdən biləcəksiniz

Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı nazirliyinin təşkil etdiyi bayram yarmarkaları bu gündən fəaliyyətə başlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yarmarkalardan biri paytaxtın Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 ünvanında təşkil olunub. Burada bayram süfrəsini bəzəmək üçün hər cür məhsul satılır.

Yarmarkada tərəvəz məhsullarından kartof 60-90, soğan 50-60 qəpiyə, pomidor 2 manat 50 qəpik-3 manat, xiyar isə 3 manat-3 manat 50 qəpik arasında alıcılara təklif olunur.

Yarmarkada şirniyyat məhsulları da satılır. Alıcılar yarmarkada qiymətlərin bazarla müqayisədə daha münasib olduğunu deyirlər


Xəbərə aid video