Cola: sirrini bilmirsiniz, ziyanını bilin!


Digərləri 17 Mar 2018 21:15:00 234 0

Cola: sirrini bilmirsiniz, ziyanını bilin!

İçərkən dadına doymadığınız qazlı içkilər bir çox xəstəliklərə yol açır. Məşhur yazar Karen Hill "Bəsdir! Artıq pəhriz saxlamaq istəmirəm!" adlı kitabında bu içkilərin səbəb olduğu 12 xəstəliyin adını açıqlayıb.

Son.az lent.az-a istinadən həmin kitabda colanın sağlamlığa vurduğu böyük ziyanlar barədə oxucularını məlumatlandırır.

İnsanlar arasında sanki cola asılılığı var. Colanın ziyanlarını hər tərəfdən eşitsələr də bunu içməyi tərgitməyənlər, colanı su əvəzinə içənlər var.

Cola asılılıq yaradan bir içkidir və onu tərgitmək çətindir. Colanı tərgitmək istəyən insanlar ilk anlar miqren, kəskin baş ağrıları, əsəbilik və yuxusuzluq kimi problemlərlə qarşılaşırlar. Ancaq iki gün keçdikdən sonra yaxşılaşırlar.

Colanın səbəb olduğu 12 xəstəlik:

- Artıq çəki və yağlanma

- Qaraciyər zədələnməsi

- Diş çürüməsi

- Böyrək daşları və xroniki böyrək xəstəliyi