Cəlilabadda 11 yaşlı operator var VİDEO


Digərləri 17 Mar 2018 21:16:00 283 0

Cəlilabadda 11 yaşlı operator var  VİDEO

Cəlilabadda azyaşlı uşaq yaşına uyğun olmasa da, işinin öhdəsindən layiqincə gəlir. Balaca video-operator kamerasını çiyninə alıb toyları və digər şənlikləri lentə alır. Babasından öyrəndiyi bu sənəti indi təkbaşına yerinə yetirir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, cəmi 11 yaşı olsa da, peşəkar video-operatorlardan geri qalmır.

Cəlilabad rayon Sabirabad kəndində yaşayan Hüseyn Həsənovun kiçik yaşlarından kameraya olan marağına doğmaları biganə qalmayıblar. Ona oyuncaq kameralar alınsa da, o, əsl kameralarla çəkiliş aparmağa həvəs göstərib.

Elə buna görə də Hüseynin video-operator olan babası Əbülfət Həsənov bu sənətin sirlərini nəvəsinə erkən yaşlarında öyrətməyə qərar verib.


Xəbərə aid video