Məktəb bufetlərinə kim nəzarət edir? VİDEO


Digərləri 17 Mar 2018 21:04:00 248 0

Məktəb bufetlərinə kim nəzarət edir?  VİDEO

Məktəb bufetlərində qidaların keyfiyyəti ilə bağlı davamlı olaraq yoxlamalar aparılır. Hələ ki, ciddi nöqsanlar yoxdur. Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən bildirilib ki, qidalarla bağlı hansısa neqativ məqamlar aşkar edilərsə Təhsil Nazirliyinin 146 saylı məlumat mərkəzinə məlumat vermək lazımdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, məktəb yeməkxanalarında qida standartlarına necə əməl edilməsi ciddi nəzarətdədir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Şahin İsgəndərov bildirib ki, bununla bağlı davamlı olaraq monitorinqlər aparılır.

Aparılan yoxlamaların nəticələri hələ ki, qənaətbəxşdir.

Şahin İsgəndərovun sözlərinə görə il ərzində 3 - 4 dəfə ciddi yoxlamalar aparılır. Yoxlamalar daha çox tədris ilinin əvvəlində və sonunda təşkil edilir.


Xəbərə aid video