Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi VİDEO


Digərləri 17 Mar 2018 21:06:00 284 0

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi  VİDEO

Metronun ''Dərnəgül'' stansiyasının çıxışında bu gündən nəqliyyat mübadilə mərkəzi fəaliyyətə başlayıb. Yeni mərkəzdən gün ərzində 100-dən çox avtobus sərnişinlərə xidmət göstərəcək. Mübadilə mərkəzinin istifadəyə verilməsi ilə "Azadlıq" metrosu ətrafındakı tıxac problemi də həll olunacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda daha bir nəqliyyat mübadilə mərkəzi istifadəyə verildi. Metronun "Dərnəgül" stansiyası yaxınlığındakı nəqliyyat mübadilə mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Metronun giriş-çıxışlarındakı asfalt örtüyü və piyada səkiləri təmir olunub, müvafiq nişanlar qoyulub. Yeni mərkəzin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən metronun "Azadlıq'' stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək, yeni mərkəzə köçürülüb.

Sərnişinlərin rahatlığı üçün burada 5 dayanacaq pavilyonu quraşdırılıb. Və bütün pavilyonlarda marşrutların getdiyi istiqamətlər ardıcıllıqla yazılıb.


Xəbərə aid video