Evdən oğurluq edən şəxslər saxlanılıb VİDEO


Digərləri 17 Mar 2018 20:41:00 251 0

Evdən oğurluq edən şəxslər saxlanılıb  VİDEO

Bakıda Qaradağ polisi oğurluqda şübhəli bilinən şəxsləri saxlayıb. Qobustan qəsəbəsinin iki sakini qonşularının evindən pul və qızıl oğurlayıblar. Səbail polisi isə metronun ''Sahil'' stansiyası yaxınlığında soyğunçuluq edən şəxsi tutub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, axşamdan evin üstünə çıxaraq, sahibinin səhər evdən çıxmasını gözləyiblər. Ev sahibi çıxan kimi mənzili qarət ediblər.

Hadisə paytaxtın Qaradağ rayon Qobustan qəsəbəsində baş verib. Bu barədə ev sahibi rayon polis idarəsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin onun mənzilinin pəncərəsini qıraraq içəri daxil olduğunu, 1500 manat dəyərində qızıl-zinət əşyaları və 850 manat pul oğurladığını bildirib.

Saxlanılan şəxslər ifadələrində oğurluq etdikləri evin sahibi ilə qonşu olduqlarını və ev sahibinin mənzildə olmadığı müddətdə ora daxil olduqlarını bildiriblər. Hadisə zamanı mənzilə Nihad Həmidov girib.

Faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb, onların ətarfında araşdırmalar davam edir.

Paytaxtın Səbail polisi isə soyğunçuluqda şübhəli bilinən şəxsi saxlayıb. Bir azyaşlı uşaq polisə məlumat verib ki, naməlum şəxs metronun "Sahil" stansiyasının yaxınlığında bahalı mobil telefonunu əlindən alaraq qaçıb. Ərazi üzrə 39-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən, Qəbələ rayon sakini İkram Muradovu saxlayıb. İlkin ifadəsi zamanı o, törətdiyi cinayəti etiraf edib və mobil telefonu ələ keçirəndən sonra istifadə etdiyini bildirib. Saxlanılan şəxsin soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon onun üzərindən aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Qeyd edilən faktla bağlı bölmədə toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


Xəbərə aid video