75 yaşlı kişini maşın vurub öldürdü VİDEO


Digərləri 17 Mar 2018 20:43:00 290 0

75 yaşlı kişini maşın vurub öldürdü  VİDEO

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbərə aid video