Mingəçevirdə mənzidən 30 min manatlıq oğurluq edilib - FOTO


Sosial 17 Mar 2018 20:22:53 246 0

Mingəçevirdə mənzidən 30 min manatlıq oğurluq edilib - FOTO

Evdən pul və qızıl-zinət əşyaları aparılıb

Mingəçevirdə mənzildən oğurluq hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerli sakin Sevda Abdullayevaya məxsus mənzil qarət olunub.

Əldə edilən məlumata görə, evdən təqribən 30 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.