Türkiyədə müalicə olunan İsa Qəmbər Bakıya qayıtdı


Siyasət 17 Mar 2018 20:27:00 243 0

Türkiyədə müalicə olunan İsa Qəmbər Bakıya qayıtdı

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə olunduğu Türkiyədən Azərbaycana qayıdıb.

Son.az APA-ya istinadən xəbər verir ki, sabiq Müsavat başqanının bir qədər əvvəl Bakıya döndüyü bildirilir.

Qeyd edək ki, İsa Qəmbər fevralın sonunda müalicə olunmaq üçün Ankara şəhərinə getmişdi. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o xəstəxanadan çıxıb.